AZ   |   RU
“Real Madrid” daha bir türk futbolçunu almaq istəyir

İspaniyanın "Real Madrid" klubu "Trabzonspor"un 18 yaşlı qapıçısı Onuralp Çevikkanı heyyətinə qatmaqda maraqlıdır.


Missiya.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.


Bildirilir ki, kral klubu gənc qolkiper üçün Türkiyə təmsilçisinə 10 milyon avro ödəməyə hazırdır.


Qeyd olunub ki, Onuralp Çevikkan U18 Milli Komandasında göstərdiyi performansla və xüsusi sevləri ilə İspaniya nəhənginin daha çox diqqətini çəkməyi bacarıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 13:10