AZ   |   RU
İsrail ordusu “Hizbullah”ın daha bir komandirini öldürüb

İsrail ordusu “Hizbullah” hərəkatının "Radvan" xüsusi təyinatlı batalyonunun raket qüvvələrinin komandirlərindən birini öldürüb.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


“Kfar Dunin bölgəsində İsrail Müdafiə Qüvvələri Livanın mərkəzi və qərb bölgələrindəki Hizbullah qüvvələrinin Radvan raket bölməsinin komandiri olan Məhəmməd Hüseyn Mustafa Şeçorini öldürüb", - deyə vurğulanıb.



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 12:53