AZ   |   RU
İranın İsrailə atdığı raketlərin qalıqları İordaniyada satışa çıxarılıb



İordaniya vətəndaşları İranın İsrailə hava hücumlarından sonra ölkə ərazisinə düşən ballistik raketlərin qalıqlarını onlayn alqı-satqı saytında müxtəlif qiymətlərlə satışa çıxarıblar. 



Missiya.Az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” saytı məlumat yayıb.



Məlumata görə, iordaniyalılar bu ölkədə avtomobil, daşınmaz əmlak və bütün növ malların alqı-satısı ilə məşğul olan məşhur “Əl-Souq əl-Məftuh” saytında İranın ballistik raketlərinin qalıqlarının çəkisi, qət etdiyi məsafə, sürəti, modeli, rəngi və digər xüsusiyyətləri ilə birlikdə şəkillərini yerləşdiriblər. 



Bildirilir ki, elanların birində “İranın aşağı təsirli ikinci əl ballistik raketi satılır” başlığı ilə şəkillər paylaşılıb, habelə elan sahibi ballistik raketin aylıq kreditlə də alına biləcəyini yazıb. 



Daşqın Həsənov

Missiya.Az



  • 17-04-2024, 12:37