AZ   |   RU
82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib


30 aprel 2024-cü il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Missiya.Az-a verilən məlumata görə, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib.

Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.



  • 30-04-2024, 15:49