AZ   |   RU
Dövlət Komitəsi ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir

Bu gün ölkədə psixoloji xidmət istənilən səviyyədə deyil.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var: “Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. Bu gün ailə məsələlərindən danışanda ən narahedici məsələ boşanmaların artmasıdır. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”.

Sədr müavini qeyd edib ki, ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin təsis olunması çox vacibdir: “Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar”.



  • 17-04-2024, 12:33