AZ   |   RU
Türkiyə Qəzzaya humanitar yardım aparan 9-cu gəmini yola salıb


Türk Qızıl Aypara Cəmiyyəti tərəfindən Qəzzaya 3 min 774 ton humanitar yardım aparan 9-cu gəmi Mersin Beynəlxalq Limanından yola salınıb.

Missiya.A
xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Belə ki, limanda yola salma mərasimi keçirilib. Türk Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz mərasimdə çıxışı zamanı ürəklərinin bir tərəfini Qəzzadakı uşaqlar, qadınlar, insanlarla atdığını söyləyib.

“Edilməsi vacib olan ən önəmli şey atəşkəs çağırışını daha yüksək səslə dilə gətirməkdir”, - sədr əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 17-04-2024, 12:18