AZ   |   RU
“Region ölkələri İran Silahlı Qüvvələrinə arxalana bilər” - İbrahim Rəisi

“SEPAH Tehran hakimiyyətinə güclü dəstək verir və region ölkələri İran Silahlı Qüvvələrinə arxalana bilər”.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Milli Ordu Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.


O, qeyd edib ki, Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirmək istəsə, bu rejimdən heç nə qalmayacaq:


“Əgər Tel-Əviv bizim maraqlarımıza qarşı hər hansı addım atsa, İranın cavabı daha sərt olacaq. Bu gün silahlı qüvvələrimizin təmkin və nüfuzu sayəsində artıq İrana qarşı hərbi variantdan söhbət gedə bilməz”, - deyə Rəisi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 11:45