AZ   |   RU
Ukraynanın Rusiyanı məğlub etmək şansı getdikcə zəifləyir - “The Wall Street Journal”

Rusiya prezidenti Vladimir Putinin Qərbin Ukraynaya dəstəyini üstələmək strategiyası özünü doğrultdu və qarşıdakı aylar müharibənin gedişatını qəti şəkildə Moskvanın xeyrinə dəyişə bilər.


Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazı dərc edib.


Bildirilib ki, Qərb hərbi texnikası gəlməsə, Ukrayna öz torpaqlarının və ən yaxşı qoşunlarının daha çox itkisi ilə üzləşə bilər, o cümlədən işğal olunmuş ərazilərini geri qaytarmaq ümidini puç edə bilər.


Mənbənin sözlərinə görə, əgər Ukrayna bu il dözə bilsə və qüvvələrini artıra bilsə, əks-hücuma keçməyə cəhd edə bilər. Lakin ABŞ-nin yardımının gələcəyi qeyri-müəyyən Ukraynanın müharibəni öz xeyrinə çevirmək perspektivləri zəifləyir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 11:03