AZ   |   RU
BMT: Təxminən 1,7 milyon insan Qəzzada məcburi köçkün vəziyyətinə düşüb

 

"Qəzzada təxminən 1,7 milyon insan məcburi köçkün vəziyyətindədir. Bu insanlar dəhşətli şəraitdə və daim təhdid altında yaşayırlar".


Missiya.Az xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisində Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani bildirib.


“Qəzzada mülki əhalinin yaşadığı fəlakətli vəziyyətin həlli prioritet olaraq qalmalıdır”,-deyə o qeyd edib.


Şamdasani bildirib ki, İsrail Qəzzaya humanitar yardımların daxil olmasına və paylanmasına qeyri-qanuni məhdudiyyətlər qoymağa davam edir. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 16-04-2024, 15:29