AZ   |   RU
Almaniya prezidenti Türkiyəyə səfər edəcək

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 22-24 aprel tarixlərində Türkiyəyə səfər edəcək. 


Missiya.Az "Anadolu" agentliyinə istinadən  xəbər verir ki, bu barədə Almaniya Rəyasət Heyəti məlumat yayıb.


Səfər iki ölkə arasında diplomatik əlaqələrin başlamasının 100-cü ildönümü münasibətilə baş tutacaq. 


Prezident Ştaynmayerin bu səfərlə iki ölkə arasındakı əlaqələri möhkəmlətmək, xüsusilə Almaniyada yaşayan milyonlarla türk əsilli insanın həyat və uğur hekayələrini dəyərləndirmək istədiyini bildirilib. 


Qeyd edilib ki, Ştaynmayerin aprelin 22-24-də keçiriləcək səfəri İstanbul, Qaziantep və Ankaranı əhatə edəcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 16-04-2024, 15:20