AZ   |   RU
Peskov: Qara dəniz də daxil olmaqla bir çox mövzuda Türkiyə ilə məsləhətləşirik

 

Kremlin sözçüsü Dmitri Peskov Türkiyəli tərəfdaşları ilə Qara dəniz də daxil olmaqla bir çox mövzuda məsləhətləşdiklərini bildirib. 


Missiya.Az xəbər verir ki, Peskov Türkiyənin Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsinə dair razılaşma ilə bağlı iki aydır Rusiya və Ukrayna ilə danışıqlar apardığı, Ukraynanın isə bundan imtina etmək iddiasını dəyərləndirib. 


"Bununla bağlı deyəcək bir sözüm yoxdur. Qara dəniz də daxil olmaqla türk tərəfdaşlarımızla gündəmimizdə bir çox mövzu var. Müxtəlif mövzularda məsləhətləşmələr aparırıq",-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 16-04-2024, 14:57