AZ   |   RU
“Türkiyə beynəlxalq platformalarda əvəzolunmaz və təsirli bir aktordur” - Yaşar Gülər

“Türkiyə regionumuzda baş verən böhranların qarşısının alınması və yumşaldılmasında həm müvafiq ölkələrdə, həm də beynəlxalq platformalarda əvəzolunmaz və təsirli bir aktordur”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.


“Türkiyə Silahlı Qüvvələri olaraq dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə, eləcə də xoşməramlılıq çərçivəsində, xüsusilə də yaxın coğrafiyamızda qlobal təhlükəsizliyin, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 16-04-2024, 14:15