AZ   |   RU
Dərimizi bu yollarla gənc saxlaya bilərik


“Dəriyə qulluq məhsulları yaşından asılı olmayaraq diqqətlə seçilməlidir. Qırışların görünməsinin qarşısını almaq üçün qulluq məhsuluna dərinin vəziyyətinə təsir edən əsas vitaminlər dəsti - A, E, F və D daxil edilməlidir”.

Missiya.Az 
xəbər verir ki, bu sözləri Rusiyanın “RuNews24.ru” agentliyinə müsahibəsində kosmetoloq Svetlana Trifonova deyib.

O bildirib ki, dərman bitkilərinin ekstraktları - aloe, çobanyastığı, jenşen də dəriyə müsbət təsir göstərir. Həmçinin, flavonoidlər, bitki mənşəli maddələr ətraf mühitin zərərli təsirlərindən qoruyur.

Mütəxəssis habelə əlavə edib ki, müxtəlif nəmləndirici məhsullardan da yararlanmaq olar. Lakin bunlar diqqətlə seçilməlidir. Çünki tərkibində kimyəvi maddələr çox olan preparatlar dərimizi korlayır, allergik təsirlər göstərir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 16-04-2024, 11:12