AZ   |   RU
Müğənni Ülviyyədən şok açıqlama


Azərbaycanlı müğənni Ülviyyə Tağıyeva illər sonra Türkiyədə yayımlanmış “Popstar Alaturka” yarışması ilə bağlı maraqlı açıqlamalar verib.

Missiya.Az 
xəbər verir ki, ifaçı STAR TV-də yayımlanmış həmin yarışma ilə əlaqədar “Özəl mətbəx” proqramında qonaq olarkən danışıb.

“Yarışmadan sonra travma yaşadım. Sonradan deyildi ki, heç səsvermə olmayıb. Faizlə səs verildiyini göstərsələr belə yalan imiş. Münsiflərdən birinin istəyinə görə yarışmadan çıxarıldım. Ebru Gündeş məni istəmədi, qəti şəkildə dedi ki, çıxsın, getsin. Kulisdə isə mənim konsertdə oxuyacağım mahnını zümzümə edirdi”, - deyə Ülviyyə əlavə edib.

Qeyd edək ki, müğənni İradə İbrahimova Ülviyyə Tağıyevanın bu açıqlamasına münasibət bildirib: “Xırda beyni üstünü örtmək istədiyi işığın parıltısının gücünü hesaba qata bilməyib. Allah böyükdür! Bəlkə də hazırda bizi Ülviyyəylə tanış edən ona olan haqsızlığın qarşılığıdır. Haqsızlığın da xeyirlisi olur. Yolun açıq olsun, Ülviyyə”.

Zərintac Mayisqızı
Missiya.Az




  • 15-04-2024, 14:48