AZ   |   RU
“Atam mənə dedi ki, səni bıçaqlayan şəxsi bağışla” – Faiq Ağayev


Xalq artisti Faiq Ağayev Baku TV də yayımlanan “Qapqara” verilişində maraqlı müsahibə verib.

Missiya.Az
 xəbər verir ki, F. Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb.

"Atam mənə dedi ki, səni bıçaqlayan şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Həm onun sözündən çıxmadım, həm də daxilən buna hazır idim. Mənim xahişimlə menecerim və digər bıçaqlanan dostum da bağışladı".

Xatırladaq ki, 10 il əvvəl Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum olunub.

Zərintac Mayisqızı
Missiya.Az




  • 9-04-2024, 10:24