AZ   |   RU
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin açılış oyunları keçiriləcək



Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyun keçiriləcək.



Missiya.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



Bildirilir ki, İngiltərənin “Arsenal” komandası öz evində Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. Digər İngiltərə təmsilçisi “Manchester City” komandası isə İspaniyada “Real-Madrid”in qonağı olacaq.



Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 17-də baş tutacaq.



Daşqın Həsənov

Missiya.Az



  • 9-04-2024, 01:18