AZ   |   RU
Hacı Əliyevdən Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı paylaşım


Sərbəst güləş üzrə Azərbaycan millisinin liderlərindən biri olan Hacı Əliyev Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.

Missiya.Az 
xəbər verir ki, idmançı bu barədə öz “Instagram” hesabında paylaşım edib.

“Budur illərin zəhməti, əziyyəti və qələbə. Doğma azarkeşlər önündə bir daha möhtəşəm qələbə qazanaraq artıq 3-cü dəfədir ki, Olimpiya oyunlarına vəsiqə qazanıram. Bu tarixi bir qələbədir və 3-cü Olimpiya medalına doğru addımlayıram. Yarışlarda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Heç zaman əziyyət yerdə qalmır, düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır. Hacı Əliyev onu da qeyd edib ki, “Mənə bu çətin yolda dəstək, kömək olan insanlar çoxdur. İlk növbədə Cənab Prezidentimiz İlham Əliyevə həmişə mənə və idmançılara göstərdiyi diqqətə görə təşəkkür edirəm. Eyni zamanda Güləş Federasiyasının bütün işçi, məşqçi, idmançı və həkim kollektivinə təşəkkürümü bildirirəm. DSX-nin rəisi general polkovnik Elçin Quliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə də təşəkkür edirəm. Bu qələbə hər birimizin, xalqımızın qələbəsidir. Bu uzun illərdə yanımda olan ailəmə, atama, anama, şəxsi məşqçilərimə və illərdir məni tək qoymayan, hər gün yanımda olan qardaşımYaşar Əliyevə ürəkdən təşəkkür edirəm. İnşallah yolumuz Paris 2024 Yay Olimpiya Oyunlarınadır. Rəbbim bizlərə daim qələbə nəsib etsin. Amin. Bu sevinci bizlərə yaşadan Allaha həmd olsun. Şükürlər olsun”, - deyə idmançı paylaşımda bildirib.



Zərintac Mayisqızı
Missiya.Az




  • 8-04-2024, 16:32