AZ   |   RU
Rusiya ordusu Ukraynada daha 790 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 790 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 446 min 690 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 24 tank, 41 artilleriya sistemi və 38 zirehli döyüş maşınını məhv edib.



Daşqın Həsənov
Missiya.Az



  • 6-04-2024, 09:57