AZ   |   RU
"Putinlə görüşənə qədər Ukraynadakı münaqişə bitməyəcək" - Tramp


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşənə qədər Ukraynada sülhün olmayacağını bildirib. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada açıqlayıb. 


"Putin və mən bir araya gələnə qədər nəsə olacağına inanmıram. Hazırda danışıqlar aparan insanlar var, sadəcə ümid edirəm ki, Rusiya və Ukrayna nəsə edə bilər", - deyə Tramp bildirib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:41