AZ   |   RU
DYP saxladığı avtomobilin sərnişinindən narkotik vasitə aşkarladı


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılan avtomobilin sərnişini hərəkətləri şübhə doğurduğu üçün diqqət çəkib.

Missiya.Az BAKU.WS-yə istinadən xəbər verir ki, Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən avtomobildən düşürülən Bakı şəhər sakini İsmayıl İsgəndərovun üzərindən əvvəlcə 8 qrama yaxın, sərnişini olduğu “Renault” markalı avtomobilə baxış zamanı isə dörd kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxs sonrakı araşdırma üçün aidiyyəti üzrə təhvil verilib.



  • 3-04-2024, 16:33