AZ   |   RU
“Xarkov və digər şəhərləri qorumaq üçün Patriot sistemlərinə ehtiyac var” - Zelenski

“Xarkov Rusiya hücumlarından əziyyət çəkir, oranı qorumaq üçün Patriot HHM sistemləri lazımdır”.


Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.


"Təkcə bu mart ayında rusiyalı hərbçilər Ukraynaya qarşı 400-dən çox müxtəlif tipli raketlər, 600-dən çox "Şahed" kamikadze dronları və 3 mindən çox idarə olunan bombadan istifadə ediblər. Ukraynanın müxtəlif şəhər və kəndləri bundan əziyyət çəkir”, - deyə siyasətçi vurğulayıb.


Zelenski bildirib ki, çoxmilyonluq şəhər olan Xarkov genişmiqyaslı müharibənin ilk günlərindən hücuma məruz qalıb və oradakı kritik infrastruktur dağıdılıb.


Onun sözlərinə görə, müasir hava hücumundan müdafiə sistemləri sayəsində bunun qarşısını almaq olar. 


“Xüsusilə Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi Xarkovu Rusiya hücumlarından qoruya bilər”, - deyə siyasətçi əlavə edib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 3-04-2024, 12:53