AZ   |   RU
“Onlara vaxtilə dəstək olmuşam, indi mənə qarşı çıxırlar”


“Elə insanlar var ki, onları pis yollardan çəkindirmişəm. İndi mənə qarşı çıxırlar”.

Missiya.Az
 xəbər verir ki, bu sözləri “ARB” kanalında yayımlanan “Xəbər ətər” verilişində Əməkdar artist Elza Seyidcahan deyib.

“Elə ana-atalar var ki, heç uşaqlarına düzgün yol göstərməyiblər. Onların xəbəri yoxdur ki, Elza həmin valideynlərin övladlarını pis yollardan çəkindirib. Bunu ancaq bir Allah bilir. Elə insanlar da var ki, bu sənətdədir və mənə qarşı nankor çıxıblar. Halbuki mən ilk dəfə onların cibinə pul qoymuşam. İndi bilirsiniz, mənə necə qarşı çıxırlar?”, - deyə Əməkdar artist əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-04-2024, 10:19