AZ   |   RU
Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb


Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.

Bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.



  • 2-04-2024, 11:30