AZ   |   RU
Ukrayna: Biz təkcə müdafiə etmirik, həm də hər gün müxtəlif istiqamətlərdə irəliləyirik

 

Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski Rusiya-Ukrayna müharibəsində təkcə müdafiədə olmadıqlarını, həm də hər gün müxtəlif istiqamətlərdə irəlilədiklərini bildirib. 


Missiya.Az xəbər verir ki, Sirski bunu "Ukrinform" xəbər agentliyinə müsahibəsində deyib.


Fevral ayında vəzifəsinə başlayan Sirski Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrində hücumlarını davam etdirdiyini qeyd edib.


Sirski vurğulayıb ki, ruslar son vaxtlar Ukraynada istifadə etdikləri zenit və idarə olunan raketlərin sayını artırıb və Ukrayna ordusundan qat-qat çox artilleriya atəşi açıblar.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 29-03-2024, 16:04