AZ   |   RU
Ərdoğanın müavini vəfat edib


Türkiyədə hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) araşdırma, inkişaf və təhsil məsələləri üzrə sədr müavini Osman Karaaslan dünyasını dəyişib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş öz “X” hesabında yazıb.

O, mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, O.Karaaslan uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi və elə müalicə aldığı xəstəxanada vəfat edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 29-03-2024, 14:41