AZ   |   RU
Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var

Gəncədə yaşayış binasında yanğın söndürülüb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.


Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.


Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.


Hadisənin başvermə səbəbi araşdırılır.



  • 29-03-2024, 01:05