AZ   |   RU
Peskov Putinin “Crocus City Hall”a getməmək səbəbini açıqlayıb

“Crokus City Hall”da baş verən terror aktından sonra ilk dəqiqələrdən insanların xilas edilməsi və yardımın göstərilməsi üçün bütün tədbirlər görülüb, Rusiya prezidenti Vladimir Putin baş qərargahın işinə mane olmamaq üçün faciə yerinə gəlməyib”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.


“Bu dəhşətli terror aktının ilk dəqiqələrindən dövlət rəhbərliyi insanların xilas edilməsini təmin etmək üçün görülməli olan bütün tədbirləri gördü. Təbii ki, bu günlərdə hansısa tanışlıq səfərlərinin həyata keçirilməsi tamamilə qeyri-mümkündür, çünki bu, sadəcə olaraq, qərargahın yerində təşkil olunmuş işinə mane olacaq”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-03-2024, 14:38