AZ   |   RU
AK Partiyanın sözçüsündən seçki ilə bağlı açıqlama


AK Partiya sözçüsü Ömər Çelik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən namizədliyi çərçivəsində gündəmə gələn növbədənkənar seçki ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Prezident Ərdoğanın hazırda yeganə düşüncəsi seçkilərdə yüksək uğur qazanmaqdır. Seçkilərdən sonra səlahiyyət müddətini ən yaxşı şəkildə icra etməkdir. Biz növbədənkənar seçki kimi bir gündəmi müzakirə etmirik, bunu gündəmə daxil etmirik. Möhtəşəm bayram ab-havası var. Seçkiləri sevirik, seçki qutusunu sevən partiyayıq. Hər kəs səy göstərir. Son sözü isə millətimiz söyləyir", - deyə Çelik vurğulayıb.



Zərintac Mayisqızı
Missiya.Az



  • 28-03-2024, 13:03