AZ   |   RU
“İctimai yerlərin mühafizəsi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır” - Emin Ağalarov

"Crocus City Hall"da baş verən terror aktından sonra ictimai yerlərin mühafizəsi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov "Rossiya -24" telekanalının efirində deyib.


"Baş verənlər fonunda, yəqin ki, bu, qanunvericilikdə yenidən nəzərdən keçirilməli olan bir şeydir. Amma biz o vaxt mövcud olan çərçivədə hərəkət etdik", - deyə Ağalarov vurğulayıb.


O, qeyd edib ki, qanun “Crokus”un mühafizəçilərinin silah daşımasına icazə vermir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-03-2024, 12:54