AZ   |   RU
İranda qadın fəallara ümumi 60 il həbs cəzası


İranın Gilan əyalətində 11 qadın cəmi 60 il həbs cəzasına məhkum edilib.

Missiya.Az
 xəbər verir ki, bu haqda İranın “Şərq” qəzetinə müsahibə verən qadın fəalların vəkili Mustafa Nili deyib.

“Furuğ Simaniya, Cilvə Xahəri, Zöhrə və Zəhra Dadrəs, Humən Tahiri, Sara Cahani, Mətin Yəzdani, Yasəmin Həşdəri, Şiva Şahsiyah, Negin Rezayi və Azadə Çavuşiana 1 ildən 9 ilədək həbs cəzası verilib", - Nili bildirib.

Qeyd olunub ki, onlar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “qanunsuz qrup yaratmaq və üzv olmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham ediliblər.


Zərintac Mayisqızı
Missiya.Az



  • 28-03-2024, 12:31