AZ   |   RU
Nyu York Beynəlxalq Avtomobil Sərgisi sabah açılır

 

Dünya avtomobil sənayesinin ən qədim yarmarkalarından biri olan Nyu-York Beynəlxalq Avtomobil Sərgisi sabah açılır.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Amerika və beynəlxalq avtomobil istehsalçıları Manhettendə Jacob K. Javits “Convention Center”də yeni modellərini debüt edəcəklər.


Sabah qapılarını ziyarətçilərin üzünə açacaq yarmarka öncəsi onlarla istehsalçı avtomobillərini mətbuat mənsublarına və mütəxəssislərə təqdim edib.


Nyu York Beynəlxalq Avtomobil Sərgisində xüsusilə məşhur markaların yeni dizayn edilmiş və elektrik modelləri diqqət çəkir.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 28-03-2024, 11:26