AZ   |   RU
Xankəndidə silah-sursat aşkarlanıb

 

Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.



  • 28-03-2024, 10:16