AZ   |   RU
“NATO böyük və güclü Rusiyadan qorxur” - Putin

“Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionuna, Yaxın Şərqə, dünyanın digər bölgələrinə və artıq Latın Amerikasına doğru genişlənir”. 


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı deyib.


“Onlar öz əhalisini mümkün Rusiya təhlükəsi ilə qorxudurlar, eyni zamanda, onlar öz diktaturalarını bütün dünyaya yayırlar”, - deyə siyasətçi vurğulayıb.


Putin qeyd edib ki, NATO müxtəlif bəhanələrlə yeni ərazilərə doğru irəliləyir:


“NATO hesab edir ki, bu da onların milli maraqlarına müəyyən qədər uyğundur. Onlar böyük və güclü Rusiyadan qorxurlar”, - deyə Kreml rəhbəri bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • 28-03-2024, 10:10