AZ   |   RU
“WhatsApp” iOS-a videoların sürətli ötürülməsi funksiyasını əlavə edir


“WhatsApp” messencerində iOS istifadəçiləri üçün videonu sürətli ötürmə funksiyası əlavə edib.

Missiya.Az
 xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Seçimi aktivləşdirmək üçün videonun kənarına iki dəfə toxunmaq lazımdır, bundan sonra video 10 saniyə geri çəkiləcək.

Messencerin dəyişikliklərinə, həmçinin, çatlarda ani qeyd və video mesajların göndərilməsi funksiyasının inkişafı da daxildir. Belə ki, istifadəçilər söhbətdə mətn hissəsinin yanındakı kamera düyməsini basıb video mesaj yollaya bilərlər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 27-03-2024, 16:07