AZ   |   RU
Paşinyan Putini təbrik edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya dövlət başçısı Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.


"Hörmətli Vladimir Vladimiroviç, siz Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Ümid edirəm ki, Ermənistan və Rusiya xalqlarının rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə dialoqu inkişaf etdirəcəyəm", - deyə məktubda vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 19-03-2024, 12:35