AZ   |   RU
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir


Avropa İttifaqı (Aİ) Şurası bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasında (COP29) uğurlu nəticələr əldə etmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “yaşıl diplomatiya” üzrə görüşün yekunlarına dair bəyanatda bildirilib.

“Təşkilat Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda COP28-ə ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ Konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün tərəfdaşlarla, o cümlədən “üçlük”lə - Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP sədrləri - Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir”, - bəyanatda qeyd edilib.

Aİ Şurası vurğulayıb ki, dayanıqlı gələcəyi təmin etmək üçün COP28 və biomüxtəlifliyə dair qlobal çərçivə proqramında razılaşdırılmış qlobal öhdəliklərin yerinə yetirilməsi vacibdir: “Bu fonda Aİ BMT-nin Bakıda və Belendə keçiriləcək növbəti iqlim konfranslarında uğurlu və iddialı nəticələr əldə etmək üçün bütün tərəfdaşlarla işləməyi, həmçinin Kolumbiyada Bioloji Müxtəliflik üzrə növbəti Konvensiya üzərində işləməyi səbirsizliklə gözləyir”.



  • 19-03-2024, 10:49