AZ   |   RU
Rusiya ordusu Ukraynada daha 840 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 840 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 432 min 390 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 10 tank, 35 zirehli döyüş maşını və 30 artilleriya sistemini məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 19-03-2024, 10:26