AZ   |   RU
Ronaldu Portuqaliya millisinin ilk oyununda iştirak etməyəcək


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.



Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu qarşılaşma üçün 23 nəfərlik heyətə daxil etməyib.


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı bildirilib. Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.


Zərintac Mayisqızı
Missiya.Az 


  • 19-03-2024, 10:01