AZ   |   RU
Azərbaycan millisinin rəqiblərinin Bakıya gələcəyi vaxt açıqlanıb


Azərbaycan millisinin “FIFA series – Edition 2024” turnirindəki rəqibləri Monqolustan, Bolqarıstan, həmçinin yarışın digər iştirakçısı Tanzaniya milli komandasının Bakıya gələcəyi vaxt açıqlanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov məlumat verib.

"Tanzaniya millisi bu gün Bakıya gələcək, martın 19-da isə Monqolustan və Bolqarıstan yığmaları ölkəmizə çatacaqlar. Rəqib komandaların azarkeşlərinin Bakıya gəlmək ehtimalı yoxdur. Mümkün olarsa, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları və ya ölkəmizdə yaşayan vətəndaşları gəlib matçları izləyə bilərlər".

AFFA rəsmisi bilet satışına da aydınlıq gətirib: "Millimizin oyunlarına bilet satışı ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Bu barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq.



  • 18-03-2024, 11:23