AZ   |   RU
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64033 vaksin vurulub.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7371182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4418214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 təşkil edir.



  • 8-09-2021, 17:12