Şənbə 24 May 2025 / 15:43:19
                    AZ   |   RU
NATO Baş katibi: Bakıda enerji təhlükəsizliyini müzakirə etmək fürsəti çox gözəldir

Bu mənim NATO-nun Baş katibi kimi Bakıya ilk səfərimdir, amma bundan əvvəl mən 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə buraya gəlmək şərəfinə nail olmuşam.


Missiya.Az "Report"a istinadən xəbər ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.


“Həmin səfərlərlə bağlı xoş xatirələrim var, ən azı ona görə ki, bu ölkədə canlı və güclü enerji sektorunun inkişaf etdiyini gördüm. Buna görə də geri qayıtmaq, həmçinin enerji təhlükəsizliyini müzakirə etmək fürsəti əldə etmək çox gözəldir, çünki enerji bizim təhlükəsizliyimiz üçün vacibdir”, - o deyib.



  • 17-03-2024, 21:01