AZ   |   RU
“Yeşilçam”ın ulduzu imzalı şəkillərini satırdı, indi isə


“Yeşilçam” filmlərinin məşhur aktrisası, “Bayan bacak” kimi tanınan keçmiş model və müğənni Sərpil Örümcər yenə üzücü paylaşımı ilə gündəm olub.

Missiya.Az
 xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, o öncə imzalı şəkilllərini satışa qoymuşdu. İndi isə musiqi albomlarını satır. Buna səbəb isə S.Örümcərin son illər maddi sıxıntısının, borclarının olmasıdır.

"Salamlar, mən 1970-ci illərin sənətçisi Sərpil Örümcərəm. Bəzi ehtiyaclarım və borclarım səbəbimdən mahnılarımı bir “CD”yə topladım. Onları satmaq istəyirəm. İstəsəniz qaldığınız ünvana imzalı şəkildə göndərə bilərəm. İndidən təşəkkür edirəm. Allah razı olsun, sevgi və hörmətlərimi çatdırıram", - deyə məşhur əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 15-03-2024, 10:24