AZ   |   RU
Qonşusu bu məşhuru polisə şikayət edib


Tanınmış müğənni Xuraman Şuşalı evini satıb və başqa mənzilə köçüb.

Missiya.Az
 xəbər verir ki, o bu haqda "Rəngarəng səhər" proqramında danışıb və bildirib ki, buna səbəb qonşusu olub.

"Əvvəl yaşadığım yerdəki qonşum məni neçə dəfə 102-yə şikayət edib. Hətta deyirdi yuxarılara yazacağam, yazırdı da. Bir də görürdüm polisdən zəng gəlir. Evdə tozsoran işlədirdim, uşaq səs salırdı, qonşu polisə yığırdı. Köçüb oradan qaçdım. Çünki həmin adamın psixoloji problemi var idi. Qorxdum ki, uşaqlara nəsə edər. İndi ora gələn digər qonşuya da eynisini edir. Amma həmin adam da onu polisə verib", - deyə X.Şuşalı əlavə edib.



Zərintac Mayisqızı
Missiya.Az



  • 12-03-2024, 15:53