AZ   |   RU
“İrəvan Ankara ilə kommunikasiyaları indi də açmağa hazırdır” - Ermənistan parlamentinin vitse-spikeri

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və kommunikasiyaları indi də açmağa hazırdır”.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Antalyada keçirilən Diplomatik Forumda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.


“Ankara və İrəvan münasibətlərin normallaşması və barışıq olmasını istəyirsə, iki ölkə xalqı bir-biri ilə əlaqə saxlamalıdır. Təcrid tarixi stereotipləri gücləndirir və hər bir tərəfin maraqlarına əsaslanmır”, - deyə siyasətçi vurğulayıb.


Rubinyan qeyd edib ki, Türkiyədə baş verən zəlzələ zamanı iki ölkənin sərhədləri humanitar yardım göstərmək və qəbul etmək üçün açıq olub və bu, həyəcanverici məqam olub.

 


Daşqın Həsənov
Missiya.Az

 



  • 1-03-2024, 15:27