AZ   |   RU
Qəzzada ölənlərin sayı 30 min 228 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı 30 min 228 nəfərə yüksəlib.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilir ki, yaralıların sayı isə 71 min 377 nəfərə çatıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 1-03-2024, 15:00