AZ   |   RU
Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

Missiya.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.


  • 31-08-2021, 10:21