AZ   |   RU
"NATO-nun Ukraynanı təchiz etmək üçün kifayət qədər zenit raketləri yoxdur"


"NATO ölkələrinin Ukraynanı təchiz etmək üçün kifayət qədər zenit raket ehtiyatı yoxdur".

Missiya.Az xəbər verir ki, bu fikirləri Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dütartr bildirib.

 “Yer-hava” tipli raketlər təkcə Ukraynada deyil, bütün Avropa və NATO ölkələrində kifayət qədər yoxdur. Zenit-raket komplekslərinin çatışmazlığı Avropa ölkələrinin Soyuq Müharibə bitdikdən sonra öz hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməmələri ilə əlaqədardır. Onlar nüvə silahının qarşısının alınmasına üstünlük verirdilər", - deyə o əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 17-01-2024, 12:30