Çərşənbə 21 May 2025 / 8:30:15
                    AZ   |   RU
Məşhur jurnalist xəstəxanaya yerləşdirildi

 

Məşhur rusiyalı jurnalist Anton Krasovski özünün Telegram kanalında xəstəxanaya yerləşdirildiyini açıqlayıb. 


Missiya.Az xəbər verir ki, o, xəstəxanadan çəkilmiş fotonu yayımlayıb. 


Jurnalistin sözlərinə görə, həftənin əvvəlində qarnında ağrılar, sonra ürək bulanması olub, daha sonra huşunu itirib. Nəticədə o, xəstəxanaya aparılıb. 


Ukrayna mətbuatında Krasovskinin zəhərləndiyi və səhhətinin pisləşməkdə davam etdiyi barədə məlumatlar yer alıb. Lakin, jurnalist bildirib ki, artıq özünü yaxşı hiss edir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 25-12-2023, 17:22