AZ   |   RU
Həkimin verdiyi dərman onu şoka saldı


Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü söyləyib.

Missiya.Az xəbər verir ki, bu barədə o "Tarixin bir günü" proqramında danışıb.

T. Vəlizadə bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb.

"Antibotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Artıq bədənim onu götürmür. Mənim güclü baş ağrılarım  var. Elə güclü olur ki, huşumu itirirəm", - deyə müğənni əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az





  • 11-12-2023, 17:40