AZ   |   RU
“Azərbaycan öz mövqelərindən geri çəkilməyəcək” - Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini

“Azərbaycan silahlı qüvvələri öz mövqelərini Ermənistan ərazisindən çıxarmayacaq. Onlar taktika və mühəndislik baxımından mövqelərini gücləndirməkdə davam edir. Bunun onlar üçün strateji əhəmiyyəti var”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan Milli Assambleyanın binası qarşısında başlayan etiraz aksiyası zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.


Mən hələ də o “beşinci kolon”un harada olduğunu bilmirəm”. Və əgər Ermənistan baş naziri Nikol Paşinyan bilirsə, o zaman “beşinci kalon”un liderlərinin kim olduğunu niyə qeyd etmədiyi anlaşılmazdır. Onların məqsədləri təslim olmaq idi və bəhanə əldə etmək üçün günahkarlar, o cümlədən müxtəlif səbəblər tapmalıdırlar”, - deyə Xaçatryan vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 4-12-2023, 12:30